Modern.az

Fransanın XİN başçısı Zurabişvili ilə görüşdü

Fransanın XİN başçısı Zurabişvili ilə görüşdü

29 Aprel 2023, 15:57

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisiyə səfər edən Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı Gürcüstanın Aİ-yə inteqrasiya prosesini və Fransanın dəstəyi məsələsini müzakirə olunub.

 

“Bu gün Gürcüstan Avropa İttifaqının tövsiyələrini yerinə yetirmək prosesindədir və indiki məqamda geosiyasi kontekst çox vacibdir. Gürcüstan namizədin statusunun təkrar rədd edilməsini qəbul edə bilməz", - Zurabişvili bildirib.

 

Onun sözlərinə görə, belə mühüm mərhələdə Fransanın xarici işlər nazirinin səfəri Gürcüstan üçün çox vacibdir. Zurabişvili vurğulayıb ki, Gürcüstan əhalisi ölkənin Avropaya inteqrasiyasını dəstəkləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi