Modern.az

Belarusa arxalana bilərsiniz - Lukaşenko Quterreşə səsləndi

Belarusa arxalana bilərsiniz - Lukaşenko Quterreşə səsləndi

30 Aprel 2023, 10:04

"Belarus prezidenti Aleksandr Lukaşenko BMT baş katibi Antonio Quterreşin beynəlxalq vəziyyətin deeskalasiyası istiqamətində aktiv fəaliyyətini yüksək qiymətləndirib".

 

Modern.az Belarusun rəsmi BelTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Lukaşenkonun Quterreşi ad günü münasibətilə təbrikində deyilir.

 

Aleksandr Lukaşenko Antonio Quterreşə hazırkı çətin siyasi şəraitdə dünyada ərzaq təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən gübrə və kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı kimi Belarusun imkanlarından istifadə etmək istiqamətində yorulmaz səylərinə görə böyük minnətdarlığını bildirib.

 

“Mən Minskin bu ən mühüm məsələnin həllində BMT ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyirəm”, - prezident vurğulayıb.

 

"Siz həmişə Belarusa arxalana bilərsiniz", - Aleksandr Lukaşenko qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi