Suriyanın və bir sıra ərəb ölkələrinin xarici işlər nazirləri İordaniyada görşəcəklər.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, görüş mayın 1-də baş tutacaq.
Qeyd olunub ki, Suriyanın Ərəb Dövlətləri Liqasına qaytarılması ilə bağlı məsləhətləşmələri davam etdirmək üçün nəzərdə tutulub.