Modern.az

Ukraynanın NATO üzvlüyü hələ mümkün deyil - Prezident

Ukraynanın NATO üzvlüyü hələ mümkün deyil - Prezident

30 Aprel 2023, 12:33

"Ukraynanın NATO-ya üzv olması Rusiya ilə müharibə bitənə qədər mümkün deyil".

 

Modern.az xəbər verir ki, bunu Litva prezidenti Qitanas Nauseda İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində deyib.

 

"Bu, çox çətin olardı. Biz bu barədə bilirik, ukraynalıların özləri də bu barədə bilirlər. Biz praktiki mərhələyə keçməliyik, bundan sonra necə hərəkət edəcəyimizin mərhələlərini və düsturlarını müəyyənləşdirməliyik", - Litva prezidenti bildirib.

 

O, alyansın iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində Ukraynanın NATO-ya daxil olmasının mərhələlərini müəyyən etməyə çağırıb.

 

"Onun nəticəsində Ukrayna üçün aydın və dəqiq “yol xəritəsi” olmalıdır", - Nauseda vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi