Modern.az

Zelenski balaca, amma böyük adamdır - Çexiya prezidenti (FOTO)

Zelenski balaca, amma böyük adamdır - Çexiya prezidenti (FOTO)

30 Aprel 2023, 16:25

"O, daha az gülür, amma milləti necə xilas edəcəyini dəqiq bilir".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenski haqqında deyib.

 

"Zelenski balaca, amma böyük adamdır. O, çaşqın görünəndə belə, nə vaxt və necə edəcəyini dəqiq bilir. Zelenskinin əvvəlkindən qat-qat az güldüyünü fərq etdim. Onun gülümsəmək üçün çox səbəbi yoxdur. Həmkarıma və bütün ukraynalılara arzu edirəm ki, onlar yenidən gülümsəsinlər”, - Çexiya lideri bildirib.

 

 Peter Pavel Kiyev və Dneprdə olub, burada hərbçilərin və raket zərbələri qurbanlarının xatirəsini ehtiramla yad edib. O, Ukrayna ordusuna məxsus hərbi texnikanın üzərinə "Rusiya, evinə get!" ifadəsini yazıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var