Modern.az

İki təyyarə qəzaya uğradı - Ölənlər var

İki təyyarə qəzaya uğradı - Ölənlər var

Dünya

30 Aprel 2023, 20:55

İspaniyanın Kataloniya vilayətində iki yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Barselona şəhəri yaxınlığında baş verib.

 

Bildirilib ki, təyyarələr bir-birindən 300 metr aralıda yerə düşüb. Şahidlər qəzadan sonra hadisə yerinə təcili yardım qrupları çağırıblar.

 

İki qəza nəticəsində ümumilikdə 4 nəfər həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi