Modern.az

Qaqauziyada başqan seçkiləri başa çatdı

Qaqauziyada başqan seçkiləri başa çatdı

Dünya

30 Aprel 2023, 22:25

Moldovanın cənubundakı Qaqauz muxtariyyətində başqan seçkiləri başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə vilayətin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

Bildirilir ki, qeydiyyatda olan seçicilərin 50%-dən çoxu səsvermə hüququndan istifadə edib və seçkilər baş tutmuş hesab edilib. Komissiya səslərin hesablanmasına başlayıb.

 

150 min əhalinin yaşadığı bölgədə keçirilən seçkilərdə 8 namizəd iştirak edib. Sorğulara əsas, başqan seçkilərində favoritlər Moldova Sosialist Partiyasının namizədi Qriqori Uzun və Şor Partiyasının namizədi Yevqeniya Qutuldur. Hər iki partiya Rusiyameyilli hesab edilir. Sosialistlərin lideri İqor Dodonun Kremllə yaxşı münasibətləri var. Digər partiyanın lideri hesab edilən oliqarx İlan Şor Qutulun qalib gələcəyi təqdirdə Qaqauziyaya 500 milyon avro sərmayə qoyacağını və 7 min iş yeri açacağını vəd edib.

 

Paytaxtı Komrat olan bölgədə türk mənşəli provaslav xristian qaquzlar yaşayır. Qaqauziyanın hazırkı başqanı İrina Vlax seçkilərdə iştirak etmir.

 

Seçkilərdə birinci turda heç bir namizəd 50%-dən çox səs toplaya bilməsə, ikinci tur keçiriləcək. Bu turda ən çox səs toplayan iki namizəd yarışacaq və səslərin çoxunu qazanan siyasətçi başqan seçiləcək. Sorğularda heç bir namizədin birinci turda 50% səs toplaya bilməyəcəyi görünür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi