Modern.az

Roma Papası Patriarx Kirill ilə görüşmək istəyir

Roma Papası Patriarx Kirill ilə görüşmək istəyir

1 May 2023, 00:13

Roma Papası Fransisk Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə o, Macarıstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

 

Papa Fransisk qeyd edib ki, onun Bütün Rusiyanın Patriarxı Kirill ilə Ukraynadakı münaqişə səbəbindən təxirə salınan görüşü baş tutmalıdır. "Keçən ilin iyun və ya iyul aylarında Qüdsdə bir görüş var idi, lakin müharibə səbəbindən təxirə salındı ​​- bu baş tutmalıdır".

 

Onun sözlərinə görə, Ukraynada silahlı münaqişə başlayandan bəri patriarxla cəmi bir dəfə danışıb, söhbət "Zoom" xidmətindən istifadə etməklə baş tutub və 40 dəqiqə davam edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi