Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada İŞİD liderini məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə kəşfiyyatı uzun müddət İŞİD-in qondarma lideri Əbu Hüseyn əl-Qureyşini izləyib.
"Bu şəxs dünən MİT-in Suriyada keçirdiyi əməliyyatla zərərsizləşdirilib", - deyə Türkiyə lideri vurğulayıb.