Türkiyənin Bursa şəhərində tələbələri daşıyan avtobus maneəyə çırpılıb.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib.
Çanaqqaladan Ankaraya gedən zaman qəzaya uğrayan avtobusda ölənlərdən ikisi sərnişin, digəri sürücüdür.
Məlumata görə, avtobusda 46 nəfər olub, çoxlu sayda yaralıların olduğu bildirilir.