Modern.az

Növbəti ZƏLZƏLƏ - 5,9 ballıq

Növbəti ZƏLZƏLƏ - 5,9 ballıq

1 May 2023, 08:52

Yaponiya arxipelaqının Ryuku adaları yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri təxminən 125 min nəfər əhalisi olan Okinavadan 62 kilometr şərqdə yerləşib.

 

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi