BMT-nin baş katibi Antonio Quterreş müavini Martin Qriffitsi Sudana göndərir.
Modern.az xəbər verir ki, bu barədə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Sudanda sürətlə pisləşən humanitar böhran fonunda BMT-nin baş katibi təcili olaraq humanitar məsələlər üzrə müavini Martin Qriffitsi bölgəyə göndərir. Baş verənlərin miqyası və sürəti görünməmiş dərəcədədir”, - Düjarrik bildirib.
Qeyd edək ki, Sudanda ordu ilə Çevik Hərəkət Qüvvələri arasında silahlı qarşıdurma aprelin 15-də başlayıb. Toqquşmalar zamanı yüzlərlə şəxs həlak olub.