Türkiyədə ağır yol qəzası baş verib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Nevşehir-Aksaray yolunda qeydə alınıb.
Acıgöl bölgəsində hərəkətdə olan avtomobil qəfil aşıb. Nəticədə sürücü və 1 sərnişin yaralanıb, 81 yaşlı digər sərnişin isə həyatını itirib.
Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.