Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun komandanı, general-polkovnik Aleksandr Sirski dünən döyüş bölgələrində bir neçə istiqamətə, o cümlədən Baxmuta səfər edib.
Modern.az "Unian"a istinadən xəbər verir ki, o, döyüşlərdə fərqlənən Baxmut müdafiəçilərinə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.
Sırski cəbhədəki vəziyyəti də şərh edib:
"Liman istiqamətində Ukrayna müdafiəçiləri son bir neçə gündə çoxsaylı hücumları dəf edib, düşmən itki verib, 10 Putin əsgəri əsir götürülüb. Baxmut istiqamətində gərgin döyüşlər davam edir, düşmən mövqelərimizin müdafiəsini yarıb keçməyə çalışır. Vəziyyət ağırdır, lakin Baxmutun bəzi bölgələrində düşmən əks-hücuma keçərək bəzi mövqelərini tərk edib".