Modern.az

“Millət İttifaqı”nın memarı Ərdoğandır - Tanınmış siyasətçi

“Millət İttifaqı”nın memarı Ərdoğandır - Tanınmış siyasətçi

1 May 2023, 11:46

Türkiyədə Liberal Demokrat Partiyanın (LDP) sabiq sədri Cem Toker "Millət İttifaqı" haqqında fikir bildirib.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə yazıb.

 

"Millət İttifaqı"nın memarı Kemal Kılıçdaroğlu deyil, Ərdoğandır... Ərdoğanın nitqi və siyasəti sayəsində toplumun hər kəsimini təmsil edən, irili-xırdalı partiyalar bir araya gəliblər və yenə Ərdoğanın sayəsində bir arada qalıblar. Təşəkkürlər, Ərdoğan", - deyə Toker qeyd edib.

 

Xatırladaq ki, C.Tokerin əvvəllər sədrlik etdiyi LDP "Millət İttifaqı"nı dəstəkləmək barədə qərar qəbul edib.

 

 

 

Bu xəbər ilə bağlı
Daha bir partiya "Millət İttifaqı"nı dəstəklədi
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi