Modern.az

Tokayev özbəkistanlı həmkarını TƏBRİK ETDİ

Tokayev özbəkistanlı həmkarını TƏBRİK ETDİ

1 May 2023, 12:08

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Aqorda" məlumat yayıb.

 

Söhbət zamanı dövlət başçısı Kasım-Jomart Tokayev prezident Şavkat Mirziyoyevi Özbəkistan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq referendumunun uğurla keçirilməsi münasibətilə təbrik edib.

 

Qazaxıstan və Özbəkistan liderləri iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Qazaxıstan-Özbəkistan münasibətlərinin dinamik inkişafını qeyd edən prezidentlər əvvəllər əldə edilmiş razılaşmaların praktiki icrasını müzakirə ediblər.

 

Dövlət başçıları qarşıdan gələn tədbirlərin qrafikinə də nəzər yetiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi