Modern.az

Polşanın maraqlarına görə Ukraynaya yardım edirik - Prezident

Polşanın maraqlarına görə Ukraynaya yardım edirik - Prezident

Dünya

2 May 2023, 10:56

"Mən Polşanın maraqlarını güdürəm və burada məqsəd Ukraynanın qələbəsidir.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya hərbi yardımı haqqında danışarkən deyib.

 

"Mən Polşanın maraqlarını güdürəm, odur ki, Ukrayna Rusiya təcavüzkarına cavab verməlidir. Ona görə də biz hərbi yardımla bağlı qərarlar qəbul edirik. Biz mehriban qonşuluq nümayiş etdirdik, polyakların möhtəşəm jesti sayəsində biz beynəlxalq arenada nüfuz qazandıq.”, - o bildirib.

 

Qeyd edək ki, Polşa Şərqi Avropa regionunda Ukraynaya hərbi yardımın əsas logistik mərkəzi hesab olunur.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi