Modern.az

Zurab Jvaniyanın necə ölməsi tezliklə açıqlanacaq

Zurab Jvaniyanın necə ölməsi tezliklə açıqlanacaq

27 İyun 2013, 11:31


“Tezliklə gürcü cəmiyyəti keçmiş baş nazir Zurab Jvaniyanın öldürülüb-öldürülmədiyini biləcək”. Gürcüstanın baş prokuroru Arçil Kbilaşvilinin açıqlamasında belə deyilir.
“İstintaq dalana dirənməyib, əksinə irəliləyir”- deyə baş prokuror “Vse Novosti” qəzetinə müsahibəsində söyləyib.

“Bütün suallara o cümlədən əsas suala cavab veriləcək. Sadəcə indi her şeyi açıqlamağı məqsədəuyğun saymıram. Siz cəmiyyəti narahat edən əsas suala-“bu qətl idi, yoxsa bədbəxt hadisə” sualına tezliklə cavab tapacaqsınız”-deyə prokuror əlavə edib.

Xatırladaq ki, Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniya və Kvemo-Kartli regionun qubernator müavini Raul Tusubovun cəsədi 2005-ci il 3 fevral gecəsi Tbilisidəki mənzillərdən birində aşkar olunmuşdu.
Modern.az    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək