Ukraynanın NATO-ya üzvlük perspektivlərinin yaxın müddətdə daha konkret olacağı gözlənilmir.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi yazıb.
Xüsusilə, agentliyin məlumatına görə, ABŞ və Almaniya son qapalı görüşlərdən birində 2008-ci il NATO bəyannaməsindən kənara çıxmaq istəmədiklərini açıq şəkildə bildiriblər.
Qeyd olunub ki, bu bəyannamədə dövlət və hökumət başçıları razılaşıblar ki, Ukrayna və Gürcüstan alyansa üzv olmalıdır, lakin konkret qrafik və yol xəritəsi verilməməlidir.