Ermənistan əhalisinin sayı azalıb.
Modern.az xəbər verir ki, bunu Ermənistan Statistika Komitəsinin açıqladığı rəqəmlər təsdiqləyir.
Komitənin açıqladığı rəsmi statistikaya əsasən, əhalinin sayı 2 milyon 638 min 917 nəfər olub. Əvvəlki illərlə müqayisədə rəqəmlərdə azalma qeydə alınıb.
Belə ki, 2022-ci ilin oktyabrına olan məlumata görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər təşkil edib. Son bir il ərzində əhali sayında təxminən 290 min azalma müəyyən edilib.
Bəzi ekspertlərin fikrincə, əhalinin azalması ölkədə hökm sürən yoxsulluq və işsizliklə bağlıdır. Maddi baxımdan çətinlik çətən sakinlər çıxış yolunu başqa ölkələrə üz tutmaqda görürlər.