Ukraynadan taxılın daşınması üzrə sazişin uzadılması ilə bağlı danışıqların növbəti raundu mayın 3-də keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, BMT-nin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan danışıqlarda bütün tərəflər iştirak edəcək. Görüşün yeri barədə məlumat verilməyib.
Xatırladaq ki, “taxıl sazişi” 2022-ci ilin iyulunda Türkiyədə imzalanıb.