Modern.az

Tbilisidə silahlı insident baş verib

Tbilisidə silahlı insident baş verib

2 May 2023, 15:56

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində naməlum şəxslər avtomobillə yaxınlaşaraq bir nəfəri güllələyiblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

İlkin məlumatlara görə, Pirosmani küçəsində baş verən hadisə zamanı ümumilikdə 3 güllə atılıb. Bundan sonra avtomobil avtobusa çırpılıb və daha sonra hadisə yerindən uzaqlaşıb.

 

Qeyd olunub ki, yaralı xəstəxanaya çatdırılıb, polis hadisə yerindədir. Səbəblər araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi