Modern.az

Peskov taxıl sazişindən DANIŞDI: Vaxt daralır

Peskov taxıl sazişindən DANIŞDI: Vaxt daralır

Dünya

2 May 2023, 16:04

"Taxıl sövdələşməsinin Rusiya kənd təsərrüfatı sektoruna aid hissəsində şərtlər yerinə yetirilməyib, vaxt daralır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Taxıl müqaviləsi ilə bağlı təmaslar davam edir, lakin indiyədək heç bir nəticə verməyib. Kreml taxıl müqaviləsi ilə bağlı gələcək təmasların səviyyəsini, vaxtını və yerini dəqiqləşdirmir. Almaniyanın Ukraynadakı münaqişədə birbaşa və dolayı iştirakı hər gün artır. Putin bu gün videokonfrans vasitəsilə Mariupolda (Rusiya tərəfindən işğal olunmuş Ukrayna şəhəri - red.) tramvayın işə salınması mərasimində iştirak edəcək", - deyə sözçü bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi