Modern.az

ABŞ səfiri erməni nazirlə danışıqlar apardı

ABŞ səfiri erməni nazirlə danışıqlar apardı

Dünya

2 May 2023, 16:20

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Amerika Birləşmiş Ştatlarının İrəvandakı səfiri Kristina Kuinlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

“Ermənistanın dövlətçilik tarixində tibb müəssisələrinin yaradılmasında, ilkin səhiyyə xidmətinin, ailə təbabəti institutunun inkişafında və bütövlükdə səhiyyə sisteminin inkişafında ABŞ-ın rolu böyük olub”, - nazir qeyd edib.

 

Səfir Kuin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində səyləri vurğulayıb: “Ermənistan vətəndaşların sağlamlığının qorunmasına yönələcək kompleks tibbi sığortanın tətbiqinə doğru gedir”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi