Modern.az

Rusiyada dəmir yolunda daha bir PARTLAYIŞ

Rusiyada dəmir yolunda daha bir PARTLAYIŞ

2 May 2023, 22:30

Rusiyanın Bryansk vilayətində dəmir yolu xəttində partlayış baş verib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, hadisə naməlum şəxslər tərəfindən törədilib.

 

Partlayış nəticəsində 20 yük vaqonları relsdən çıxıb. 70 vaqondan ibarət qatar Bryanskdan Karaçevə gedirmiş.

 

Xatırladaq ki, dünən Bryansk vilayətində yük qatarı relsin üzərindən keçərkən partlayış baş vermişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi