Türkiyə xaricində 800 minə yaxın seçici prezident və parlament seçkiləri üçün səs verib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.
İndiyədək ölkə xaricindəki seçicilərin 797 min 841 nəfəri səsvermə hüququndan istifadə edib.
Bildirilib ki, 797 min 841 nəfər xarici nümayəndəliklərdə, 60 min 402 nəfər isə gömrük keçid məntəqələrində səs verib.
Qeyd edək ki, Türkiyə xaricində səsvermə ötən həftə başlayıb.