ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ohayo” sinfinə daxil olan atom sualtı qayığı Cənubi Koreya akvatoriyasına daxil olacaq.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
O, qayığın “Ohayo” sinfindən SSBN modeli olacağını qeyd edib.
ABŞ rəsmisi sualtı qayığın nüvə silahı daşıyıb-daşımayacağı barədə suala cavabında deyib ki, konkret yüklə bağlı təfərrüata varmaq niyyətində deyil.
Aprelin 26-da Vaşinqtonda keçirilmiş sammitin yekunlarına əsasən, Cənubi Koreya və ABŞ liderləri Yun Sok Yol və Co Bayden bəyannamə qəbul ediblər. Sənəddə Seul nüvə silahının yayılmaması prinsiplərinə sadiqliyini təsdiqləyib, ABŞ isə müttəfiqi ilə strateji və nüvə planlaşdırması barədə məlumat mübadiləsinə söz verib.