Ukrayna Silahlı Qüvvələri gecə saatlarında 21 kamikadze PUA-sını məhv edib.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Rusiya qüvvələri İran istehsalı olan 26 ədəd "Shahed-136/131" zərbə dronları ilə hücuma keçib.
Ukrayna ordusu onları zərərsizləşdirmək üçün “Mərkəz”, “Şərq” və “Cənub” hava komandanlıqlarının məsul ərazilərində zenit-raket, aviasiya və mobil atəş qruplarından istifadə edib.