Ermənistan nümayəndə heyəti Türkiyəyə hökumət təyyarəsi ilə gedəcək.
Modern.az “Hraparak”a istinadən xəbər verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına gedəcək nümayəndə heyəti ilə bağlı bu qərar İrəvan-Ankara birbaşa reyslərinin olmaması səbəbindən verilib.
Bundan başqa, nəşrdə məlumat var ki, növbəti QDİƏT PA toplantısına Ermənistan sədrlik edəcək, çünki Ukrayna - rotasiyaya görə Kiyevin növbəsi gəlir - cəbhə xəttindəki vəziyyətə görə bundan imtina etmək niyyətindədir.