Türkiyənin milli müdafiə naziri Hulusi Akar taxıl sazişinin uzadılması ilə bağlı danışıb.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə, Ukrayna və Rusiya MN başçılarının müavinləri 5 mayda İstanbulda görüşəcəklər.
"Tərəflərin sazişin müddətinin uzadılmasına isti baxdığını deyə bilərik", - Akar söyləyib.