Modern.az

Ərdoğanla Mirziyoyev telefonla danışdılar

Ərdoğanla Mirziyoyev telefonla danışdılar

3 May 2023, 10:34

Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan PA mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, telefon danışığı zamanı strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli dərinləşdirilməsi və praktiki əməkdaşlığın prioritet layihələrinin təşviqi məsələləri nəzərdən keçirilib.

 

Ərdoğan konstitusiya dəyişiklikləri ilə bağlı ümumxalq referendumunun keçirilməsi münasibətilə Mirziyoyevi təbrik edib, Özbəkistan xalqına tərəqqi və firavanlıq arzulayıb.

 

Həmçinin Strateji Əməkdaşlıq Şurasının növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib. Mirziyoyev Ərdoğana qarşıdakı prezident seçkilərində uğurlar arzulayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi