Modern.az

Rusiya sülh istəyirsə, niyə narahatdır? - Erməni deputat

Rusiya sülh istəyirsə, niyə narahatdır? - Erməni deputat

Dünya

3 May 2023, 14:14

Rusiya sülhün tərəfdarıdırsa, Vaşinqton görüşündə sülhün yaranması üçün atılan addımlara niyə qarşı çıxmalıdır?

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarkis Xandanyan deyib.

 

“Mən sərt müxalifətin nə demək olduğunu başa düşə bilmirəm, çünki Rusiya bütün rəsmi səviyyələrdə regionumuzda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasının tərəfdarı olduğunu bəyan edir. Əgər hər hansı ölkə bunun tərəfdarıdırsa, niyə buna qarşı çıxmalıdırlar?”,- deyə Xandanyan bildirib.

 

Ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına istənilən yardımı alqışlamaq olar, ancaq Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli razılaşmalar əsasında.

 

“İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin aradan qaldırılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı, ilk növbədə, Rusiya ilə birgə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik barışıq sazişini dəstəkləyəcək başqa hüquqi əsaslar yoxdur. Ona görə də bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur”, - deyə Peskov vurğulayıb.

 

Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi