Modern.az

"Ukrayna Kremlə zərbə endirməyə cəhd edib" - Rusiyadan əcaib İDDİA

Dünya

3 May 2023, 15:38

Rusiya Federasiyası prezidentinin mətbuat xidmətinin açıqlamasına görə, Ukrayna gecə saatlarında Kremlə zərbə endirməyə cəhd edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

İddiaya görə, Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən 2 PUA-nı sıradan çıxarıb, xəsarət alan olmayıb.

 

"Rusiya lazım bildiyi yerdə və vaxtda Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır. Kreml Kiyev rejiminin (Rusiya rəsmiləri Ukraynanı belə adlandırır - red.) hücum cəhdini Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi qiymətləndirir. Kiyevin dronların köməyi ilə Kremlə zərbə endirmək cəhdindən sonra Vladimir Putin xəsarət almayıb və həmişəki kimi işini davam etdirir", - Putinin mətbuat xidmətinin iddiasında deyilir.

 

Hələlik Ukrayna tərəfindən iddiaya reaksiya verilməyib.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır