Modern.az

Blinken Kremlə hücumla bağlı şərh vermədi

Blinken Kremlə hücumla bağlı şərh vermədi

Dünya

3 May 2023, 20:23

ABŞ dövlət katibi Entoni Blinken mayın 3-nə keçən gecə Kremlə pilotsuz uçuş aparatı ilə hücumla bağlı şərh verməyə hazır olmadığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti yazıb.

 

“Mən xəbərləri görmüşəm, sadəcə onları heç bir şəkildə təsdiqləyə bilmirəm. Sadəcə biz bilmirik. Gəlin, faktlara baxaq. Faktları bilmədən şərh vermək və ya spekulyasiya etmək çox çətindir”, - Blinken deyib.

 

Qeyd edək ki, Rusiya dünən gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayıb. Moskva hücuma görə Ukraynanı günahlandırıb. Kiyev isə ittihamları rədd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB