Modern.az

Zelenskinin məhv edilməsindən başqa seçim qalmadı - MEDVEDEV

Zelenskinin məhv edilməsindən başqa seçim qalmadı - MEDVEDEV

Dünya

3 May 2023, 21:08

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kremlə hücuma cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenskinin və onun komandasının məhv edilməli olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

 

“Bugünkü terror aktından sonra Zelenski və onun kabinetinin fiziki məhv edilməsindən başqa heç bir seçim qalmadı. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamağa belə ehtiyac yoxdur”, - Rusiya rəsmisi qeyd edib.

 

Xatırladaq ki, Rusiya dünən gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayıb. Moskva hücuma görə Ukraynanı günahlandırıb. Kiyev isə ittihamları rədd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?