Modern.az

ABŞ Ukraynaya bu silahları göndərəcək - SİYAHI

ABŞ Ukraynaya bu silahları göndərəcək - SİYAHI

3 May 2023, 23:29

Mayın 3-də ABŞ Ukrayna üçün növbəti hərbi yardım paketini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xdməti məlumat yayıb.

 

Yeni yardım paketinin ümumi dəyəri 300 milyon dollardır. Paketə aşağıdakılar daxildir:

 

- Artilleriya raket sistemləri üçün əlavə döyüş sursatları (HIMARS);

- 155 mm-lik haubitsalar;

- 155 mm-lik artilleriya mərmiləri;

- 120 mm, 81 mm və 60 mm minaatan mərmiləri;

- TOW raketləri;

- AT-4 və "Carl Gustaf" tank əleyhinə silah sistemləri;

- "Hydra-70" aviasiya raketləri;

- Atıcı silahlar və atıcı silahlar üçün sursat;

- Ağır texnikanın daşınması üçün yük maşınları və qoşqular;

- Ehtiyat hissələri və digər sahə avadanlıqları.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır