Türkiyədə prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce "Millət İttifaqı"nın namizədi, CHP sədri Kemal Kılıçdaroğlu barədə danışıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İnce hansı halda CHP liderini dəstəkləyəcəyini açıqlayıb.
"Mən nazirlik, vitse-prezidentlik və ya başqa bir vəzifə istəmirəm. Amma Kılıçdaroğlunu dəstəkləmək üçün şərtim var. DEVA Partiyasının sədri Ali Babacanı və Gələcək Partiyasının sədri Ahmet Davutoğlunu uzaqlaşdırsın, mən də ona dəstək verim", - deyə namizəd bildirib.
Qeyd edək ki, DEVA və Gələcək Partiyaları "Millət İttifaqı"nda təmsil olunur. Sosial şəbəkələrin Türkiyə seqmentində İncenin bu addımı rəqibini zəiflətmək və onu dəstəkləyən ittifaqı parçalamaq cəhdi kimi qiymətləndirilir.