Pentaqon ABŞ-ın müdafiə naziri Lloyd Austin və çinli həmkarı Li Şanfu arasında iyun ayında Sinqapurda görüş keçirməyə çalışır.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, iki qurumun rəhbərlərinin təklif olunan görüşü Asiya-Sakit Okean regionunun 28 ölkəsinin müdafiə nazirləri və digər hərbi liderlərini bir araya gətirən illik hökumətlərarası təhlükəsizlik forumu olan Şanqri-La Dialoqu çərçivəsində baş tuta bilər.
Qeyd edək ki, ötən il Lloyd Ostinin Li Şanqfunun sələfi general Vey Fenqe ilə görüşü də eyni tədbirdə baş tutmuşdu.