Modern.az

\"Patriot\" işğalçıların dizlərini titrədəcək - İqnat

\

5 May 2023, 10:40

"Patriot" sistemləri işğalçıların dizlərini titrədəcək, lakin daha çox şey lazımdır".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

 

O qeyd edib ki, bu cür sistemlər mütləq psixoloji təsir göstərəcək, lakin onlar Rusiyanın artilleriya zonalarına yaxın yerləşdirilməməlidir. Buna baxmayaraq, hətta kompleksin uzaqda yerləşməsi də müəyyən istiqamətlərdə “arqument”ə çevrilə bilər.

 

"Su-35 pilotu potensial olaraq belə bir sistemin əlçatmaz olduğunu biləcək və dizləri titrəyəcək. O, buna reaksiya verəcək, özünü qoruyan faktor kimi fikirləşəcək", - deyə İqnat bildirib.

 

Lakin onun sözlərinə görə, təmas xətti uzundur, ona görə də effektiv müdafiə üçün belə sistemlərə daha çox ehtiyac var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi