"İrəvanın Bakıya qarşı ərazi iddiası yoxdur və biz sülh müqaviləsini imzalamağa hazırıq".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada keçirdiyi brifinq zamanı bildirib.
O deyib ki, Ermənistan ticarət baxımından regionun açılmasında problem görmür.
"Türkiyəsiz regionda sülhün bərqərar olması mümkün olmadığı üçün İrəvan Ankaranın bu istiqamətdə addımlar atacağına ümid edir", - deyə erməni spiker söyləyib.