Modern.az

ABŞ-ın F-16 qırıcısı qəzaya uğradı

ABŞ-ın F-16 qırıcısı qəzaya uğradı

Dünya

6 May 2023, 09:46

Amerikanın F-16 qırıcısı Cənubi Koreyada ABŞ -ın əsas hərbi bazası yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.


Modern.az xəbər verir ki, bu barədə "CNN" ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Koreya komandanlığına istinadən məlumat yayıb.


“Amerikanın F-16 qırıcısı mayın 6-da şənbə günü Cənubi Koreyadakı əsas ABŞ hərbi bazası yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb”, - mənbə bildirib.


F-16 hərbi təyyarəsinin Osan aviabazasının yaxınlığındakı kənd ərazisinə düşdüyü məlum olub.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular