Modern.az

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi

6 May 2023, 19:34

Rusiya əsirliyində olan 45 ukraynalı azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisinin rəhbəri Andriy Yermak məlumat yayıb.

 

Azad edilən 42 kişi və 3 qadının Mariupol uğrunda döyüş zamanı əsir götürülən "Azov batalyonu"nun döyüşçüləri olduğu bildirilib.

 

"Bu günəşli gündə əla xəbər. Biz 45 insanımızı evə qaytarırıq. 35 sıravi əsgər və çavuş, 10 zabit", - Yermak qeyd edib.

 

Rusiya Müdafiə Nazirliyi isə üç pilotun geri qaytarıldığını, onlara tibbi və psixoloji yardım göstərildiyini deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi