Modern.az

İsraildə yenidən etirazlar başladı 

İsraildə yenidən etirazlar başladı 

Dünya

7 May 2023, 00:53

İsraildə hökumətin məhkəmə islahatları planlarına qarşı etirazlar davam edir.

 

Modern.az AP-yə istinadən xəbər verir ki, mayın 6-da minlərlə vətəndaş küçələrə axışıb.

 

Baş nazir Benyamin Netanyahu martın sonunda islahatları təxirə salsa da, etirazlar dayanmayıb.

 

Sonuncu aksiyada etirazçılar İsrail bayraqlarını dalğalandırıb və Netanyahuya qarşı şüarlar səsləndiriblər. Yüzlərlə nümayişçi Rehovot şəhərinin mərkəzində toplaşıb, əsas yol qovşağını bağlayıb. İsrail polisi hələlik nümayişçilərin sayı ilə bağlı açıqlama verməyib.

 

"Prezident iqamətgahında müzakirələr davam edərkən, İsrailə investisiyalar gəlmir və İsrail iqtisadiyyatı çökür", - etirazçılar bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi