Modern.az

Baş nazirin 12 ildən sonra ilk səfəri

Baş nazirin 12 ildən sonra ilk səfəri

Dünya

7 May 2023, 09:07

Yaponiyanın Baş naziri Fumio Kişidanın Cənubi Koreyaya rəsmi səfəri başlayıb. Bu, son 12 ildə Yaponiya Baş nazirinin Cənubi Koreyaya ilk səfəridir.

 

Modern.az xəbər verir ki, Baş nazir Fumio Kişidanın Cənubi Koreya lideri ilə həm məhdud, həm geniş tərkində keçiriləcək görüşlərdə təhlükəsizlik, yüksək texnologiyalar sənayesi, elm və texnologiya, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 

Tərəflərin danışıqlarının mərkəzində duran mövzulardan biri Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı ikitərəfli, habelə ABŞ də daxil olmaqla üçtərəfli formatda əməkdaşlıq məsələsidir.

 

Qeyd edək ki, mart ayında Cənubi Koreya Prezidenti Yun Sok Yolun 12 illik fasilədən sonra Yaponiyaya rəsmi səfəri Asiyanın inkişaf etmiş iki qonşu ölkəsi arasında kökü yapon istilası dövrünə (1910-1945-ci illər) gedib çıxan soyuq siyasi münasibətlərin normallaşmasına imkan verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi