Ukrayna ordusu müttəfiqlərlə razılaşdırılmış bütün silahları alanda əks-hücuma hazır olacaq.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna müttəfiqlərlə razılaşdırılmış silahları aldıqdan sonra hücuma keçməyə hazır olacaq:
“Vaxt hava şəraitindən asılı ola bilər, çünki cəbhə xətti boyunca yer mövsümi olaraq nəmdir. Böyük maneələrdən xəbərdar olan Ukrayna rəsmiləri Qərbdəki havadarlarından əlavə silah tələb etməkdə davam edir”.