Modern.az

Peskov Puqaçovanın əlini öpdü - VİDEO

Peskov Puqaçovanın əlini öpdü - VİDEO

Dünya

7 May 2023, 12:55

Rusiyanın Xalq artisti Alla Puqaçova Moskvaya qayıdıb.

 

Modern.az xəbər verir ki, məşhur müğənni mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak edib.

 

Troekurovski qəbiristanlığında keçirilən mərasimdə ifaçı pərəstişkarları və jurnalistlərlə ünsiyyət qurmayıb.

 

Dəfn mərasiminə qatılanlar arasıda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da yer alıb. Sosial şəbəkələrdə onun Puqaçovaya yaxınlaşaraq əlini öpdüyü və başsağlığı verdiyi anı əks etdirən video yayılıb.

 

İfaçı vida mərasimində özünü pis hiss etdiyi üçün onu qollarından tutaraq müşayiət ediblər.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi