Modern.az

1 gündə 25 min dəfə ildırım çaxdı 

1 gündə 25 min dəfə ildırım çaxdı 

7 May 2023, 20:21

Fransada son 24 saat ərzində 25 mindən çox ildırım hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın Qasırğa və Fırtına Rəsədxanası məlumat yayıb.

 

Məlumata görə, dünən günortadan sonra ölkədə fırtınalı hava başlayıb. Bölgələrdə saatda orta hesabla 1041 dəfə ildırım çaxıb.

 

Fırtınalı hava şəraiti ilə əlaqədar ölkənin şərqində güclü dolu yağıb.

 

Qeyd edək ki, ara-sıra yağış yağsa da, Fransa Avropanın ən quraq dövrünün yaşandığı əsas ölkələrdən biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DTX Mehdiyevlə bağlı sirləri açdı - Kimlər HƏBS OLUNACAQ?