Türkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyon 666 min 824 nəfər nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.
Onların 1 milyon 556 min 469 nəfəri xarici nümayəndəliklərdə, 110 min 355-i gömrükdə səs verib.
Səsvermə mayın 14-də saat 17:00-da gömrük qapılarında, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq. Xaricdə seçici siyahısında qeydə alınmış seçicilər 24 saat ərzində səs verə bilərlər.
Məlumata görə, xaricdə ümumilikdə 3 milyon 416 min 98 seçici səs vermək hüququna malikdir. İlk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir.
Qeyd edək ki, Türkiyə xaricində səsvermə aprelin 27-də başlayıb.