Modern.az

Mərkəzi Asiya liderləri Çinə gedir

Mərkəzi Asiya liderləri Çinə gedir

8 May 2023, 08:55

Mərkəzi Asiya dövlətlərinin prezidentləri Çinə səfər edəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, liderlər Çin-Mərkəzi Asiya sammitində iştirak edəcəklər.

 

Bundan əvvəl Çin lideri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi, Qırğızıstan Prezidenti Sadır Japarovu, Özbəkistan Prezidenti Şavkat Miriziyoyevi, Tacikistan Prezidenti Emoməli Rəhmonu, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovu mayın 16-dan 20-dək Pekinə dəvət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi