Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovu Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyə dəvət edib.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.
Bundan əvvəl Putin tacikistanlı həmkarı Emomoli Rahmonu da Moskvaya dəvət etmişdi. Lakin Tacikistan prezidentinin dəvəti qəbul edib-etməməsi barədə rəsmi açıqlama hələlik yoxdur.
İndiyədək mayın 9-da Moskvada keçiriləcək parada xarici ölkə başçılarından yalnız Qırğızıstan prezidenti Sadır Japarovun iştirakı təsdiqlənib.